Sensasion iddia: “Əvvəldən hazırlanmış təxribat idi” – Rustavi-2 kanalında Putinə kim söydürüb?

Cəmiyyət Manshet

“Gürcü aparıcı Georgi Qabuniyanın “Rustavi 2” telekanalında açıq formada Rusiya Prezidenti Vladimir Putini təhqir etməsi, əvvəldən hazırlanmış təxribat idi”.

Nsa.ge Teleqraf-a istinadən xəbər verir ki, bunu Tiflisdəki Henrix Böll Fondunun rəhbəri Ştepan Mayster deyib.

Fond rəhbəri bu təxribatın arxasında hansı qüvvənin durduğunun məlum olmadığını bildirib:

“Əlbəttə, bu bir təxribatdır. Əsas sual budur ki, bunun arxasında kim dayanıb? Qənaətimə görə, burada əsas hədəf Rusiya və Putin deyildi. Hər şeydən əvvəl daxili siyasətdə bir-biri ilə savaşan iki partiyadan söhbət gedir; müxalifətdə olan Vahid Milli Hərəkat və hakim Gürcü Arzusu partiyalarından… Buna görə də, Gürcüstanda bir təxribat həyata keçirmək istədilər, bunun Rusiya ilə əlaqəsi yoxdur”.

Ştefan Maysterə görə, Gürcüstanda anti-Rusiya etirazlarını qorxunc formada qızışdırmağa cəhd edirlər: “Bunu iyunun 20-də rusiyalı deputat Qavrilovun Gürcüstan parlamentindəki çıxışında sonra Tiflisdə baş verənlər göstərdi. Gürcüstandakı insanlar belə məsələlərə emosional reaksiya verirlər. Ölkənin iki əsas siyasi qüvvəsi – Gürcü Arzusunun lideri Bidzina İvanişvili və Vahid Milli Hərəkatın lideri Mixail Saakaşvili belə təxribatlardan öz məqsədləri üçün istifadə edirlər”.

Əlavə edək ki, iyulun 8-də “Rustavi 2” telekanalına yayımlanan proqramda aparıcı Georgi Qabuniya Rusiya Prezidenti Vladimir Putin və anasının əleyhinə təhqiramiz fikirlər səsləndirib.