Sinoptiklər havaların yenidən istiləşəcəyini xəbər verir

Cəmiyyət Manshet

“Sinoptiklərin proqnozuna görə, yaxın günlərdə Şərgi Gürcüstanda hava temperaturu 35 dərəcədən artıq olacaq”.

Nsa.ge xəbər verir ki, bu barədə məlumat Gürcüstanın Birinci Kanalına Ətraf Mühitin Milli Agentliyindən verilib.

Proqnozlara görə, Qərbi Gürcüstanda hava temperaturu 28-32 dərəcə olacaq, sahilyanı rayonlarda isə, 28-30 dərəcə.

Dağlıq rayonlarda hava dərəcəsi 28-35 dərəcəyə qədər yüksələcək.

Şərgi Gürcüstanda isə, hava istiliyi 35 dərəcəni aşacaq.

Həmçinin, sinoptiklərin proqnozuna görə, hava temperaturun yüksəlməsi ilə yanaşı, günün ikinci yarısında və axşam saatlarında, ara-sıra yağış yağacaq.