Gürcüstan azərbaycanlılarının neçə faizi işsizdir?

Cəmiyyət Manshet

Gürcüstanda rəyi soruşulan azərbaycanlı respondentlərin 68%-i özünü işsiz hesab edir.

Nsa.ge xəbər verir ki, bu barədə ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstan ofisinin ölkədə keçirdiyi sorğunun nəticələrində bildirilib.

Respondentlərin 32%-i isə işlədiyini bildirib.

Qeyd edək ki, NDI sorğunu bu ilin 28 mart – 15 aprel tarixlərində işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə 2 927 respondent arasında aparıb.

NSA.GE