Sorğu: Gürcüstan azərbaycanlılarının 2012-ci ildə Gürcüstanda hakimiyyət dəyişikliyinə münasibəti

Cəmiyyət Manshet

Azərbaycanlı respondentlərin 2012-ci ildə Gürcüstanda baş vermiş hakimiyyət dəyişikliyinə də münasibətləri öyrənilib

Nsa.ge xəbər verir ki, bu barədə ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstan ofisi ölkədə sorğu keçirib.

Sorğu zamanı azərbaycanlı respondentlərin 2012-ci ildə Gürcüstanda baş vermiş hakimiyyət dəyişikliyinə münasibətləri öyrənilib. Nəticələrə əsasən, onların 37%-i dəyişiklikləri müsbət, 36%-i mənfi qiymətləndirib, 25%-i isə “bilmirəm” deyə cavab verib.

Qeyd edək ki, NDI sorğunu bu ilin 28 mart – 15 aprel tarixlərində işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə 2 927 respondent arasında aparıb.

NSA.GE