Sürücü piyada keçidindən keçən qadını vurdu – Qəzanın görüntüləri kameraya düşdü (VİDEO)

Manshet Cəmiyyət

Poti liman şəhərində baş verən ağır yol qəzasında iki nəfər ağır yaralanıb.

Nsa.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hadisə bir gün əvvəl baş verib, ancaq qəza video çarxları yalnız bu gün İnternetdə yayılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, zebra üzərində “Mercedes” və “Honda” markalı iki minik avtomobili toqquşub. Nəticədə bir qadın piyada və minik avtomobillərindən birinin sərnişini xəsarət alıb.