Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə, imtahanda yenilik

Cəmiyyət Manshet

Sürücülük vəsiqəsi üçün imtahanların praktiki hissəsi iki mərhələdən ibarət olacaq.

Nsa.ge xəbər verir ki, müvafiq qanun dəyişikliklərinin müəllifi Daxili İşlər Nazirliyidir.

Qanunlayihəyə əsasən, ilk mərhələ olan – xüsusi manevrlər, indi olduğu kimi, qapalı imtahan meydanında keçiriləcək.

Onun müvəffəqiyyətlə tapşırılmasından sonra, xüsusi manevrlər, Daxili İşlər Nazirliyi tərəfindən seçilən marşrutlarda, real yol hərəkatı şəraitində keçiriləcək.

Daxili İşlər Nazirliyi bəyan edir ki, praktiki imtahanlar üçün real yol hərəkətləri komponentlərinin əlavə edilməsi, küçədə motosikl sürmək dərslərinin zərurətini də nəzərdə tutur, çünki bugün küçədə motosikl sürmək dərsləri qadağandır.