Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə, sürücülük vəsiqəsinin alınmasının yeni qaydaları

Cəmiyyət Manshet

Sürücülük icazəsi üçün müəyyənləşdirilmiş minimal yaş dəyişir və 17-nin əvəzinə 18 olur. Müvafiq dəyişiklik “Yol hərəkətləri haqqında” qanuna daxil edilir.

Nsa.ge xəbər verir ki, müvafiq qanun dəyişikliklərinin müəllifi Daxili İşlər Nazirliyidir.

Daxili İşlər Nazirliyindən bəyanatına görə, cari il sürücülük vəsiqəsinin təcrübi imtahanı iki mərhələdə keçiriləcək. Gerçək yol hərəkəti şəraitində, eləcə də bağlı imtahan meydançasında.

Bundan başqa, qanunlayihəyə əsasən nəzəri imtahanına daxil olma ödənişi 40 larinin əvəzinə 20 lari olur.

B kateqoriya üçün təcrübi imtahanın ödənişi ilk mərhələdə birdəfəlik daxil olma – 40 lari, ikinci mərhələdə birdəfəlik daxil olma – 90 laridir.

A, C, D, BE, CE, DE və A1, A2, B1, C1, D1, C1E, D1E kateqoriya üçün təcrübi imtahanın ödənişi ilk mərhələdə birdəfəlik daxil olma – 40 lari, ikinci mərhələdə birdəfəlik daxil olma – 150 laridir.

Bundan başqa qiymətlərin dəyişməsi istisna olunmur.