Sürücülük vəsiqəsi imtahanı ilə bağlı yeni qaydalar nə vaxt tətbiq ediləcək?

Cəmiyyət Manshet

“Sürücülük vəsiqəsi imtahanının real hərəkətdə verilməsi yayda planlaşdırılır”

Nsa. ge bildirir ki, bu haqda DİN nazirnin müavini Nino Cavaxadzenin İPN.ge-yə açıqlamsında deyib.

Onun sözlərinə görə, praktiki imtahanın şəhər şərtlərinə keçirilməsi obyektiv faktorlardan irəli gəlib.

Belə ki, imtahanların şəhərdə verilməsi üçün DİN infrastrukturu nəzərə alaraq fəaliyyətinə davam edir.

“Demək olar ki, bu istiqamətdə işlər bitmək üzrədir. Bunun üçün müəyyən qanun dəyişiklikləri lazımdır. Bunları parlamentin yaz sessiyasına təqdim etmək üçün çatdırmağa çalışırıq. Digər tərəfdən, bütün bunlar üçün infrastruktura uyğun hazırlandığı üçün obyektiv faktorlardan dolayı gecikmələr olur”.

Nazir müavinin praktiki imtahanın verilməsinin yeni qaydası üçün bir neçə ərazinin artıq seçildiyini diqqətə çatdırıb:
“ Yeni qayda 2018 ci ilin yazından qüvvədə olmalı idi. Lakin bu nəzərdə tutulan vaxt 2 dəfə uzanıb”.

NSA.GE