Sağ sükanlı taksilərin qadağan olunacağı tarix açıqlandı

Manshet Cəmiyyət

Sağ sükanlı taksilər 2021 ci il 1 yanvar tarixindən qadağan ediləcək.

Nsa.ge xəbər verir ki, bu haqda Tbilisi meri Kaxa Kaladze Tbilisi paytaxt hökümətinin bugünki iclasında açıqlayıb.

Kaladzenin qeyd etdiyinə görə, taksilərin təşəbbüs qrupu ilə görüşdə bu problem ilə əlaqəli razılıq əldə etmişik və sağ sükanlı taksilər “ b “ kateqoriyasında 2020-ci ilədək faliyyət göstərə biləcəklər:


“Təşəbbüs qrupu ilə görüşdən sonra biz növbəti qərar qəbul etdik. Onların tərəfindən ikinci tələb, sağ sükanlı avtomobillərlə əlaqəli idi. Onların qeyd etdiklərinə görə tərəfimizdən verilən 1 ay vaxt onların hazırlıqları üçün yetərli deyildi və tələb etdilər ki, “ b “ kateqoriyalı sağ sükanlı avtomobillərə icazə verilsin. Biz onlarla razılaşdıq və buradada vaxta bağlamaq istəyirik. 2021 – ci ilin yanvarın 1 dən “b” kateqoriyalı sağ sükanlıların qadağan edilməsi avtomatik qüvvəyə minəcək. Onlara, avtomobillərini dəyişmələri üçün 1 il yarım vaxt verilib. Bizim tərəfimizdən addım atılıb və o insanların ümumiyyətlə mövcud vəziyyəti anlayırıq və onlara avtomobillərini sol sükanlı avtomobillərlə dəyişmələrinə və işlərinə davm etməkləri üçün imkan veririk”.

Tbilisi merinin bildirdiyinə görə, təşəbbüs qrupu ilə görüşlər gələcəkdədə davam edəcək. Paytaxt hakimiyyətin nəqliyyat siyasəti islahatının çərçivəsində bir neçə yenilik həyata keçirməyə hazırlaşır.

“Təşəbbüs qrupuna gəldikdə isə, onlarla gələcəkdə də görüşlərimiz davam edəcək çünki bu islahat bu gün bitmir. İstəyirik ki, mərhələli şəkildə ictimaiyyətə bir neçə yeniliklər təklif edir. İctimai nəqliyyat tamamilə dəyişir. Metrolar, vaqonlar yenilənir, metrostansiyalar qaydaya salınır və marşrutlar düzəlir. Bunun üçün çox ciddi kampaniya keçirəcəyik ki, əhali tam məlumatlansın “.

NSA.GE