Tamaz Naveriani Pankisi dərəsinə niyə gedib?

Cəmiyyət Manshet

Marneulinin majoritar deputatı Tamaz Naveriani hesab edir ki, Pankisiyə getməklə vəziyyətin tənzimləməsinə dəstək olub.

Nsa.ge marneulifm-ə istinadən xəbər veriri ki, Naveriani aprelin 21-də Pankisidə olub. Onun bu səfəri ilə bağlı fotolar yerli media vasitəsi “WAY” Radiosu öz Facebook səhifəsində yayımlayıb.

Onun bu adddımı ictimiayyətdə çoxsaylı suallara yol açıb. Belə ki, hər kəsə maraqlıdır ki, o, Pankisi dərəsinə niyə gedib.

Tamaz Naveriani məsələ ilə bağlı bildirirb ki, o, bu proseslərin “uzağa getməsini” istəmirmiş:

“ Pankisidəki vəziyyəti öyrənəndən sonra ora getdim. Pankisidən çox dostum var və çox adam tanıyıram. Getdim ki, vəziyyətin tənzimləməsinə bir köməyim olsun. Bu, mənim şəxsi marağım idi. Bu problem dərinə getməsin, daha artıq çətinlik olmasın deyə çalışdım. Öz qatqımı daxil etdim, orada adamlarla danışdım və onlar həmin halda vacib olan mövqelərini başa düşdülər və indiki mərhələdə mövqelər artıq tənzimlənib”.

Polis və yerlilər 21 apreldə Pankisi dərəsində qarşıdurmaya çıxıblar. Əhali dərədə tikilən hesin inşasına etiraz edir. Qarşıdurma nəticəsində polis maşınları və hesi tikən şirkətə aid olan tikinti texnikasına zərər dəyib. Polis göz yaşardıcı qazdan və rezin güllədən istifadə edib. Əhali isə hüquq mühafizəçilərinə daş atıblar.

Dərəyə Daxili İşlər Naziri Qiorqi Qaxaria da gedib. Yerlilərlə danışıqlardan sonra o, deyib ki, hesin inşası əhalinin 90%-i layihəni dəstəkləməyənə qədər dayandırılacaq və xüsusi təyinatlılar da ərazini tərk edəcək.

NSA.GE