TBC bankın təsisçisi Mamuka Xazaradze ictimai hərəkat yaradır

Manshet Cəmiyyət

Gürcüstanda fəaliyyət göstərən TBC bankın təsisçisi Mamuka Xazaradze ictimai hərəkat yaradır.

Nsa.ge xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.

M.Xazaradze bildirib ki, yeni hərəkat bu ilin sentyabr ayında təsis olunacaq: “Dostlar, həmkarlar və müxtəlif sahələrin peşəkarları ilə birgə ictimai hərəkat yaradılacaq. Təşkilatın əsas məqsədi ölkənin birləşdirilməsi, onun müstəqillik və azadlığının qorunmasıdır”.