Tbilisdə qadın 10-cu mərtəbədən yıxıldı- Səbəb

Cəmiyyət Manshet

Tbilisdə Pekini küçəsində binanın 10- cu mərtəbəsindən qadın yıxılaraq yerindəcə düyasını dəyişib.

Nsa.ge bildirir ki, yaşayış binasının 10– cu mərtəbəsindən düşən 45 yaşlı qadın  həyatını itirib.

Şahidlərin məlumatına görə, o, paltar asırmış. Həmin vaxt eyvanın bəndi qırılıb və  qadın yıxılıb.

Onların dediklərinə görə, həmin binada qaçqınlar yaşayır. Sakinlər deyib ki, onlar bir neçə dəfə icra hakimiyyətinə,  eləcə də Tbilisi meriyasına eyvanların bəndlərinin təmiri ilə bağlı müraciət etsələr də  cavab ala bilməyiblər.

Hazırda hüquqmühafizəçilər hadisə yaşanan yerdədir.  Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, hadisə ilə bağlı istintaq 115 – ci maddə ilə aparılır.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir