Tbilisi metrosunda gənc həyatını itirdi

Manshet Cəmiyyət

Saracişvili metro stansiyasında relslərin üzərinə düşən gənc həyatını itirdi.

Nsa.ge xəbər verir ki, dünyasını dəyişən təxminən 20 yaşındadır.

Daxili işlər Nazirliyindən verilən məlumata görə, hadisə yerinə hüquqmühafizəçilər və təcili tibbi yardım cəlb olunub.

Faktla bağlı müvafiq istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, gənc bu gün səhər saatlarında relslərin üstünə düşüb. Metronun hadisə ilə bağlı hərəkatı dayandırılıb.