Tbilisi aeroportunda sərnişində 20 kq marixuana aşkarlanıb

Manshet Cəmiyyət

Gürcüstan Maliyyə Nazirliyinin Gəlir Xidmətinin əməkdaşları Tbilisi Hava limanından Gürcüstana külli miqdarda marixuana daxil edilməsinin qarşısını alıblar. 

Nsa.ge xəbər verir ki, Cənubi Afrika Respublikasından şübhəli tranzit marşrutu ilə Tbilisi Hava limanına gələn sərnişinin əl yükünə baxış zamanı 20 kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı narkotik vasitələrin qanunsuz alınması, saxlanması və Gürcüstana daşınması maddəsi üzrə cinayət işi açılıb.