Tbilisi-Marneuli yolunda ağır yol qəzası baş verib – 2 nəfər ölüb, 15 nəfər yaralanıb

Cəmiyyət Manshet

Sərnişin daşıyan Ermənistan dövlət nişanlı Mikroavtobus Tbilisi-Marneuli yolunda qəzaya düşüb.

Nsa.ge Interpressnews-a istinadən xəbər verir ki, qəza Qardabani bələdiyyəsinin Teleti kəndi yaxınlığında baş verib.

Belə ki, qəza nəticəsində 2 nəfər ölüb, 15 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar müxtəlif klinikalara aparılıb.

Məlumata əsasən, hadisə dünən gecə saatlarında baş verib.

Daxili İşlər Nazirliyindən İnterPressNews-a verilən məlumata görə, istintaq, yol hərəkəti təhlükəsizliyi və ya əməliyyat qaydalarını pozan, iki və ya daha çox insanın ölümü ilə nəticələnən Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə aparılır.