Tbilisi Prayd-ın keçirilməsi ilə bağlı DİN və LGBT təşkilatları arasında razılıq əldə olunmadı

Cəmiyyət Manshet

“Tbilisi Prayd”ın keçirilməsi ilə bağlı Daxili İşlər Nazirliyi və LGBT təşkilatları arasında razılıq əldə olunmadı.

Nsa.ge 1tv-yə istinadənxəbər verir ki, Daxili İşlər Nazirliyində, nazirin müavinləri, Natiya Mezvrişvili və Kaxaber Sabanadze ilə keçirilən görüşdən sonra Xalq Müdafiəçisi jurnalistlərə görüş zamanı təhlükəsizlik məsələlərini müzakirə etdiklərini bildirib.

Daxili İşlər Nazirliyi qeyd etdi ki, bu təqdirdə, yalnız “Tbilisi Prayd”ın üzvləri deyil, dövlət təhlükəsizliyi də təhlükə altında durur.

DİN-in müavinləri və “Tbilisi Prayd”ın təşkilatçıları arasında keçirilən görüşdə Xalq Müdafiəçisi tərəflərin dəvəti ilə iştirak etdi.

Görüşün iştirakıları LGBT aktivistləri şərh verməyiblər, onların dediyinə görə, mövqelərini yazılı şəkildə yayacaqlar.