Tbilisi-Rustavi avtomobil yolunda yol qəzası baş verib, yaralılar var – VİDEO

Cəmiyyət Manshet

Tbilisi-Rustavi avtomobil yolunda yol qəzası nəticəsində 5 nəfər yaralanıb.

Nsa.ge İpn-ə istinadən xəbər verir ki, VAZ 2107 markalı avtomobilin sürücüsü idarəetməni itirib, yolun hərəkət hissəsindən çıxaraq divara çırpılıb.

Hadisə yerinə DİN əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili tibbi yardım birqadası səfərbər olunub.

Yaralılar “Rustavi” şəhər Xəstəxanasına aparılıb.

Faktla bağlı istintaq başlanılıb. İstintaq Gürcüstanın cinayət məcəlləsinin 276-cı maddəsi ilə başlanıb.

NSA.GE