Tbilisidə 4 nəfər etirazçı saxlanılıb

Manshet Cəmiyyət

Paytaxt Tbilisidə iyunun 20 və 21-də baş verən hadisələrlə bağlı 4 nəfər saxlanılıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib.

Saxlanılanlar kütləvi zorakılıqda iştirakda təqsirli bilinirlər. Təqsirləri sübuta yetiriləcəyi təqdirdə onları 6 ildən 9 ilədək həbs cəzası gözləyir.

Saxlanılanların müxalif Vahid Milli Hərəkat Partiyasının üzvləri olduğu bildirilir.

Qeyd edək ki, Tbilisidə etiraz aksiyalarının təşkilatçıları vətəndaşları aksiyaların keçirilməsinə maddi dəstək göstərməyə çağırıb.