Tbilisidə aksiyaçılar sabah DİN-in binası qarşısında aksiya təyin ediblər

Cəmiyyət Manshet
Photo: İPN

Tbilisidə keçirilən etiraz aksiyasında iyunun 24-nə Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) binası qarşısında aksiya təyin olunub.

Nsa.ge xəbər verir ki, sabah saat 14:00-da etirazçılar Birinci Respublika meydanından maşınlarla DİN-in binasına qədər yürüş edəcəklər.

Nazirlik qarşısında keçiriləcək aksiyada daxili işlər naziri Giorgi Qaxarianın istefası tələb olunacaq.

Aksiyanın təşkilatçıları avtomobili olan hər kəsi yürüşə qoşulmağa dəvət edib.