Tbilisidə Aversi əczaxanasının filialı qarət olunub

Cəmiyyət Manshet

Tbilisidə Aversi aczanaxanasının filiyalı soyuq silahlı şəxs tərəfindən qarət olunub.

Nsa.ge xəbər verir ki, bu haqda Gürcüstanın ictimai kanalı məlumat yayıb.

Hadisə dünən gecə saatlarında Tbilisinin Qıldani rayonunda baş verib.

Şahidlərin sözlərinə görə, işçiləri soyuq silahla təhdid edən, cinayətkar müəyyən bir miqdarda pul götürərək hadisə yerindən qaçıb. Soyğun zamanı zərər görən olmayıb.

Faktla bağlı istintaqa başlanılıb. İstintaq Gürcüstanın cinəyət məcəlləsinin “soyğunçuluq” maddəsi ilə aparılır. Maddə 5 il dən 7 ilə dək həbs cəzasını nəzərdə tutur.