Tbilisidə bazarda baş vermiş yanğın nəticəsində 20-yə yaxın mağaza yanıb

Manshet Cəmiyyət

Ötən gecə Gürcüstanın paytaxtı Tbilisinin Lilo qəsəbəsindəki “Çin bazarı”nda baş vermiş yanğın nəticəsində 20-yə yaxın mağaza yanıb.

Nsa.ge Report-a istinadən xəbər verir ki, bu barədə Tbilisinin vitse-meri İlya Eloşvili jurnalistlərə bildirib.

Vitse-mer yanğının diversiya nəticəsində baş verməsi ilə bağlı yayılan fikirlərə də münasibət bildirib. O deyib ki, bu barədə sübutlar varsa, istintaqa təqdim olunmalıdır.

Yanğının söndürülməsində 90-na yaxın yanğınsöndürən iştirak edib. Yanğının aradan qaldırılması təxminən, 4 saat davam edib.

Yanğın zamanı xəsarət alan olmayıb. Hadisə ilə bağlı istintaq aparılır. Ekspertlər yanğının başvermə səbəblərini müəyyən edirlər.