Tbilisidə cinsi azlıq tərəfdarları yürüş keçirəcək

Cəmiyyət Manshet

 Paytaxt Tbilisidə cinsi azlıq tərəfdarları sabah “Ləyaqət yürüşü” keçirməyi planlaşdırır.

Nsa.ge xəbər verir ki, bu barədə aksiyanın təşkilatçısı olan “Tbilisi Pride” təşkilatı məlumat yayıb.

Təşkilatçılar bildiriblər ki, Daxili İşlər Nazirliyi “Ləyaqət yürüşü”nün təhlükəsiz və dinc şəraitdə keçirilməsi üçün lazımı resurslara sahibdir.

Yürüşün keçiriləcəyi yer və vaxt açıqlanmayıb.

Qeyd edək ki, Tbilisidə cinsi azlıq nümayəndələri və onların tərəfdarları iyunun 22-də yürüş keçirməyi planlaşdırırdı. Lakin Gürcüstandakı son hadisələr səbəbindən aksiya təxirə salınıb.

Gürcüstanda LGBT nümayəndələrinin hər hansı bir aksiyası ölkədəki millətçilər və dindarlar tərəfindən ciddi narazılıqla qarşılanır. Gürcüstan Patriarxlığı da bu cür aksiyaların yolverilməz olması barədə bəyanat yayıb.