Tbilisidə cinsi azlıqların paradı keçiriləcək

Cəmiyyət Manshet

Gürcüstanın paytaxtı Tbilisidə cinsi azlıqların paradı keçiriləcək.

Nsa.ge xəbər verir ki, bu barədə tədbirin təşkilatçısı olan “Tbilisi Pride” təşkilatının rəsmi Facebook səhifəsində yaydığı bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, aksiyaya yerli sakinlərlə yanaşı, Avropa İttifaqı və qonşu ölkələrdən olan cinsi azlıqlar da qoşulacaqlar.

Təşkilat cinsi oriyentasiyasından asılı olmayaraq, hamını aksiyaya qoşulmağa dəvət edib.Aksiyanın yeri və vaxtı açıqlanmayıb.

Qeyd edək ki, Tbilisidə cinsi azlıqların paradı 18-23 iyun tarixinə təyin olunub. Gürcüstanın Daxili İşləri Nazirliyi təhlükəsizlik baxımından aksiyanın keçirilməsini tövsiyə etməyib.

Xatırladaq ki, tədbir ölkədəki millətçilər və din xadimləri arasında da hiddətlə qarşılanıb. Onlar aksiyanın qarşısını alacaqlarını bildiriblər.