Tbilisidə etiraz aksiyası başa çatıb

Cəmiyyət Manshet

Tbilisidə, Gürcüstan parlamentinin binası qarşısında keçirilən etiraz aksiyası başa çatıb.

Nsa.ge xəbər verir ki, təşkilatçılar aksiyanın iyulun 2-də, saat 19:00-da bərpa olunacağını elan ediblər.

Etirazçılar daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi yerinə yetiriləndən sonra aksiyaları dayandıracaqlarını bildiriblər.

Onlar hökumətlə danışıqlara getməyəcəklərini də açıqlayıblar.

Qeyd edək ki, sabah Tbilisidə parlament önündə keçiriləcək aksiya sayca on üçüncü olacaq.