Tbilisidə etiraz aksiyası bu gün davam edəcək

Manshet Cəmiyyət

Tbilisidə Gürcüstan parlamentinin önündə keçirilən etiraz aksiyasına Rusiya prezidenti Vladimir Putinin şəklinin olduğu baner gətirilib.

Nsa.ge xəbər verir ki, böyük ölçüdə olan banerdə V.Putinin eynəyinin bir gözündə Gürcüstan, digər gözündə isə Ukrayna bayrağı təsvir olunub.

Aksiya təşkilatçıları iştirakçıları banerin üzərində gəzməyə çağırıb.

Qeyd edək ki, dünən gecə aksiyada insident baş verib. Adı çıxışçılar siyahısında olmayan şəxs çıxış etmək istəyib. Təşkilatçılar həmin şəxsin çıxışına icazə verməyiblər. Polisin müdaxiləsindən sonra insident aradan qalxıb.

Daha sonra etiraz aksiyası başa çatıb. Aksiyanın sonunda Gürcüstanın dövlət himni səsləndirilib. Təşkilatçılar aksiyanın iyunun 26-da saat 19:00-da yenidən keçiriləcəyini elan ediblər.