Tbilisidə etirazlar zamanı xəsarət alanların 13-ü xəstəxanada müalicəsini davam etdirir

Cəmiyyət Manshet

Tbilisidə iyunun 20-də kütləvi aksiya zamanı xəsarət alan etirazçıların 13-ü xəstəxanalarda müalicələrini davam etdirirlər.

Nsa.ge xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması və Təcili Tibbi Yardım Mərkəzinin direktoru Avtandil Talakvadze jurnalistlərə bildirib.

Onun sözlərinə görə, onlardan 5-i bu gün ərzində evə buraxılacaq: “Süni tənəffüs aparatına qoşulan iki pasientin vəziyyəti isə stabildir. Reanimasiya şöbəsində olan hər iki xəstənin durumunda müsbət dinamika müşahidə olunur”.

A.Talakvadze qeyd edib ki, Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyipasientlərin vəziyyətini davamlı olaraq nəzarətdə saxlayır.