Tbilisidə güclü külək əcnəbi vətəndaşın ölümünə səbəb olub

Manshet Cəmiyyət

Tbilisidə hava şəraitinin kəskin dəyişməsi ölümlə nəticələnib.

Nsa.ge xəbər verir ki, güclü külək mərkəzi Rike parkında dəmir konstruksiya və daş parçalarının aşmasına səbəb olub.

Nəticədə bir xarici vətəndaş ölüb, iki nəfər isə xəsarət alıb. Onların Koreya vətəndaşları olduğu bildirilir. Həmin şəxslər uçqun zamanı hündürlükdən yıxılıblar. Xəsarət alan qadın və kişi xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.