Tbilisidə hərbi şəhərcikdə qumbara partladan şəxs saxlanılıb

Manshet Cəmiyyət

Tbilisi şəhərinin Varketili qəsəbəsində yerləşən hərbi şəhərcikdə əl qumbarası partladan şəxs saxlanılıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan 1977-ci il təvəllüdlü şəxs münaqişədə olduğu şəxslərdən intiqam almaq məqsədilə yaşayış binasının yuxarı mərtəbəsindən RQD tipli qumbara atıb.

Hadisə nəticəsində üç nəfər xəsarət alıb və onlar hazırda xəstəxanada müalicə olunurlar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin ağır qətl törətməyə cəhd etmə maddəsi üzrə cinayət işi açılıb. Saxlanılan şəxsi 16 ildən 20 ilədək, yaxud ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.