Tbilisidə hərbi şəhərcikdə qumbara partladılıb, xəsarət alanlar var

Cəmiyyət Manshet

Paytaxt Tbilisi şəhərinin Varketili qəsəbəsində yerləşən hərbi şəhərcikdə əl qumbarası partladılıb.

Nsa.ge xəbər verir ki, yaşayış binalarının birində qeydə alınan partlayış nəticəsində üç nəfər müxtəlif bədən xəsarətləri alıb.

Xəstəxanaya çatdırılan yaralıların vəziyyəti sabit qiymətləndirilir.

Qumbaranı partladan şəxsin kimliyi müəyyən olunub və onun axtarışı isqtimətində intensiv tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin ağır qətl törətməyə cəhd etmə maddəsi üzrə cinayət işi açıb, istintaq aparılır.