Tbilisidə iki nəfər öldürülüb

Cəmiyyət Manshet

Tbilisinin Quramişvili prospektində iki gənc oğlan öldürülüb.

Nsa.ge xəbər verir ki, bu haqda Daxili işlər Nazirliyindən On.ge-yə məlumat verilib.

Onların cəsədləri Quramişvili prospektindəki 78-ci nömrəli yaşayış evində tapılıb. Hadisənin təfərrüatları barədə hələki DİN-dən əlavə məlumat verilmir.

Faktla bağlı istintaqa başlanılıb. İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 109-cu maddəsi ilə aparılır.