Tbilisidə işci iş zamanı faciəvi şəkildə həyatını itirdi

Manshet Cəmiyyət

Tbilisinin mərkəzi Çavçavadze prospektində təmir işləri apararkən bir işçi həlak oldu.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan İctimai Televiziyası məlumat yayıb.

Məlumata görə, hadisə iş prosesi gedərkən torpağın çökməsi zamanı baş verib. İçci böyük bir torpaq kütləsinin altında qalıb. Faciə İlya Dövlət Universitetinin yaxınlığında baş verib.

“Bir zəng gəldi. Gəldikdən sonra xilasedicilər hadisə yerinə cəlb olundu. Torpağın çökməsi nəticəsində altında qalan işçini tapdılar. Cəsədin çıxarılması işləri aparılır “, – deyə Gürcüstan Fövqəladə Hallar İdarəsi jurnalistlərə bildirib.

Qeyd edək ki, may ayının sonlarında Tbilisi şəhər meriyası Çavçavadze prospektində yeraltı kommunal xidmətlərin yerini dəyişdirmək üçün layihəyə başlayıb. Hazırda prospektin yarısında yolun hərəkət hissəsində avtomobillər üçün nəqliyyatın hərəkəti məhdudlaşdırılıb – burada buldozerlər və digər avadanlıqlar işləyir. Rabitə dəyişdirildikdən sonra prospekt asfaltlanmalı və yol infrastrukturu yenilənməlidir. Prospektin bu hissəsində təmir işlərinin ilin sonuna qədər davam etdirilməsi planlaşdırılır.