Tbilisidə mənzildə partlayış olub, 3 nəfər xəsarət alıb

Cəmiyyət Manshet

Tbilisi Chiladze küçəsində mənzillərdən birində partlayış nəticəsində 3 nəfər xəsarət alıb.

Nsa.ge xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsində “Kaztransgaz” şirkətinin səhifəsində məlumat verilib.

Şirkətin yaydığı bəyanatda 3 nəfər yüngül xəsarət aldıqı bildirilir.

“Üç nəfər yüngül yanıqlarla yaralandı, istintaqın sonunda əlavə məlumatlar veriləcək” bəyanatda deyilir.

Partlayış haqqında məlumat şirkətin qaynar xəttinə saat 18:41-də daxil olub.

Qonşuların verdiyi məlumata görə, mənzil icarəyə götürülüb.

Partlayışa səbəb qazın açıq qalması olub.