Tbilisidə mağazanı soymağa cəhd edərkən tutuldu

Cəmiyyət Manshet

Tbilisidə Pekin küçəsində Aiplis mağazasını qarət etmək istəyərkən bir nəfər saxlanılıb.

Nsa.ge İPN-ə istinadən xəbər verir ki, bir nəfər mağazanı soymağa çalışıb, lakin hüquq-mühafizə orqanları cinayətin qarşısını alıblar.

Daxili İşlər Nazirliyindən məlumata görə, mağazanı soymağa çalışan bir nəfər olub.

Faktla bağlı istintaq başlanılıb. İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə davam etdirilir.