Tbilisidə müxalifət tərəfdarları Gürcüstan parlamentinin ətrafına toplaşır

Cəmiyyət Manshet

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) tərəfdarları Tbilisidə parlamentin binası ətrafına toplaşır.

Nsa.ge xəbər verir ki, onlar parlamentin VMHP-dən olan deputatı Nika Melianın toxunulmazlığının aradan qaldırılması ilə bağlı qərarını gözləyirlər.

Parlament yaxınlığına çox sayda polis cəlb olunub.

Qeyd edək ki, ötən gün Gürcüstanın Baş Prokurorluğu N.Melianın həbsinə razılığın verilməsi ilə bağlı parlamentə müraciət edib. Deputat Tbilisidə iyunun 20-21-də keçirilən aksiyada kütləvi zorakılığın təşkili, ona rəhbərlik etmək və iştirakda günahlandırılır.

Bu saatlarda Gürcüstan parlamentində N.Melianın mandatının dayandırılması məsələsinə baxılır. İclas səs-küy fonunda keçir.