Tbilisidə növbəti kütləvi etiraz aksiyası keçirilir

Manshet Cəmiyyət

Bu gün “Azadlıq Yürüşü” Birinci Respublika meydanından başlayaraq Azadlıq meydanında sona çatdı.

Nsa.ge xəbər verir ki, hazırda Tbilisidə ölkə parlamentinin binası qarşısında etiraz aksiyası davam edir.

Belə ki, etirazçıların çoxluqundan Rustaveli prospekti bağlanıb.

Onuncu gündür davam edən aksiyanın tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır.

Aksiyaya bölgələrdən çox sayda gənclər qatılıb. Aksiyaçılar tələbin dəyişməyəcəyini bildiriblər.

Parlamentin binası qarşısındakı çadırda bir neçə etirazçı artıq neçə gündür aclıq aksiyası keçirir.