Tbilisidə növbəti etiraz aksiyası başlayıb

Cəmiyyət Manshet

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası başlayıb.

Nsa.ge xəbər verir ki, sayca 13-cü olan aksiyanın tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır.

Aksiyaya müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarının üzvləri və tərəfdarları da qatılıb.

Təşkilatçılar bildiriblər ki, bugünkü aksiyada tribuna daha çox musiqiçilərə veriləcək.