Tbilisidə növbəti etiraz aksiyası keçirilir

Cəmiyyət Manshet

Paytaxt Tbilisidə daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə növbəti aksiya başlayıb.

Nsa.ge xəbər verir ki, artıq 16-cı gündür ki, aksiya davam edir.

Təşkilatçılar iyunun 20 və 21-də Tbilisidə etiraz aksiyalarında iştirak edən bəzi şəxslərin saxlanılmasına etirazlarını bildiriblər.

Onların sözlərinə görə, aksiyanın zor gücünə dağıdılmasından sonra hökumətin digərlərinin məsuliyyəti barədə danışmasına mənəvi haqqı yoxdur.