Tbilisidə növbəti etiraz aksiyası keçirilir

Cəmiyyət Manshet

Gürcüstanın paytaxtı Tbilisidə parlament binası qarşısında növbəti etiraz aksiyası başlayıb.

Nsa.ge xəbər verir ki, hazırda aksiya iştirakçıları parlamentin önünə toplaşır.

Aksiyanın tələbləri dəyişməz olaraq qalır. Aksiyaçılar daxili işlər naziri Giorgi Qaxarianın istefası və iyunun 20-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı saxlanılan 305 nəfərin azadlığa buraxılmasını tələb edirlər.

Müxalif “Güc birlikdədir” birliyinin liderləri də parlamentin ətrafına toplaşıb. Onlar parlamentin Vahid Milli Hərəkat Partiyasından olan deputatı Nika Melianın həbsi ilə bağlı Baş Prokurorluğun qərarına etirazlarını bildiriblər.

Qeyd edək ki, etirazçıların bu günədək, üç tələbi yerinə yetirilib. Onlar bunlardır: Prlament sədri İrakli Kobaxidzenin istefası, parlament seçkilərinin proporsional qayda üzrə keçirilməsi və iyunun 20-də keçirilən aksiyanın amansızcasına dağıdılmasında iştirak edən polis əməkdaşlarının cəzalandırılması.