Tbilisidə özünü 8-ci mərtəbədən atan azyaşlı sağ qalıb

Cəmiyyət Manshet

Tbilisinin Qldani rayonunda 4 yaşlı uşaq “hörümçək adam” kostyumunda 8-ci mərtəbədən özünü yerə atıb.

Nsa.ge məlumat verir ki, hadisə mayın 8-də başverib.

Azyaşlı çox sayda xəsarətlərlə İaşvili adına Uşaq Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti qənaətbəxşdir. Uşağın bu gün xəstəxanadan evə yazılacağı gözlənilir.

İnsidentlə bağlı istintaq aparılır. 

NSA.GE
Mənbə: Report