Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası başlayıb

Manshet Cəmiyyət

Etiraz aksiyası, Rustaveli prospektindəki Parlament binasının qarşısında başlayıb.

Nsa.ge xəbər verir ki, aksiyada Milli Hərəkatın sədri Qriqol Vaşadze və digər müxalifət liderləri iştirak edir.

Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb. Parlament yaxınlığına çox sayda polis cəlb olunub.

Mitinq iştirakçıları daxili işlər naziri Qiorqi Qaxarianın istefasını tələb edirlər.