Tbilisidə parlament binasının qarşısında növbəti etiraz aksiyası başlayıb

Cəmiyyət Manshet

Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında növbəti etiraz aksiyası başlayıb.

Nsa.ge xəbər verir ki, Avtomobil hərəkatı Rustaveli prospektində dayandırılıb.

Belə ki, Mitinq iştirakçıları hakimiyyət nümayəndələrinə müraciət edirlər.

Aksiya iştirakçıları, Daxili İşlər Naziri Qiorqi Qaxaria və iyunun 20-də keçirilən aksiyanın amansızcasına dağıdılmasında iştirak edən polis əməkdaşlarının cəzalandırılmasını tələb edirlər.

Qeyd edək ki, mitinq iştirakçılarının daha bir tələbi növbədən kənar parlament seçkiləridir.