Tbilisidə parlament binasının qarşısında növbəti etiraz aksiyası keçirilir

Cəmiyyət Manshet
Photo: on.ge

Tbilisidə parlament binasının qarşısında növbəti etiraz aksiyası keçirilir.

Nsa.ge xəbər verir ki, gənclərin üstünlük təşkil etdiyi aksiyada hələ kütləvilik müşahidə edilmir.

Əraziyə çoxlu sayıda Polis və təcili tibbi yardım cəlb olunub.

Artıq 4 gündür ki, keçirilən etiraz aksiyasının tələbləri dəyişməz olaraq qalır.

Etirazçıların tələbləri, Daxili İşlər Naziri Qiorqi Qaxaria istefası, iyunun 20-də keçirilən aksiyanın amansızcasına dağıdılmasında iştirak edən polis əməkdaşlarının cəzalandırılması, saxlanılan 305 nəfərin azadlığa buraxılması və proporsional seçki sistemi ilə növbədənkənar parlament seçkilərinin keçirilməsindən ibarətdir.

Qeyd edək ki, Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyaları daha geniş formada keçirəcəklərini bildiriblər. Bəzi iştirakçılar aclıq aksiyası keçirməyə hazır olduqlarını bildiriblər.