Tbilisidə texnologiya mağazası soyulub

Manshet Cəmiyyət

Tbilisinin Pekin küçəsində yerləşən “iTechnics” mağazası soyulub.

Nsa.ge apsny saytına istinadən xəbər verir ki, oğru şüşəni qıraraq, mağazaya daxil olub və bir neçə telefon oğurlayıb.

Mövcud məlumata görə, oğru mağazadan çıxdıqda sonra Pekin küçəsində bir neçə telefonu salıb.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə oğurluq nəzərdə tutan istintaqa başlayıb. Hazırda polis hadisə yerində araşdırma aparır.