Tbilisidə yerli azərbaycanlılarla gürcülər arasında kütləvi dava olub, xəsarət alanlar var

Manshet Cəmiyyət

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində kütləvi dava olub.

Nsa.ge Report-a istinadən xəbər verir ki, gürcülər və yerli azərbaycanlılar arasında qarşıdurma baş verib.

Nəticədə bir yerli azərbaycanlı xəstəxanaya çatdırılıb, digərlərinə isə ilkin tibbi yardım göstərilib.

Xəsarət alanlar onlara hücum edənlərin 5 nəfər olduğunu deyiblər.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, qarşıdurma etnik zəmində baş verməyib. Azərbaycanlılara qarşı fiziki güc tətbiq edənlər hələ saxlanılmayıb. İnsidentlə bağlı istintaq başlanılıb.