Telavi rayonunun Qaracalar kəndində Ailəyə məxsus ev yanıb

Manshet Cəmiyyət

Gürcüstanın Telavi rayonunun Qaracalar kəndində bir evdə güclü yanğın baş verib.

Nsa.ge xəbər verir ki, yanğın ikimərtəbəli yaşayış binasında qeydə alınıb.

Yanğın güclü olduğundan ev əşyalarının çıxarılması mümkün olmayıb.

Evdə beş nəfərdən ibarət ailə yaşayır. Onların yanğın nəticəsində xəsarət almadığı bildirilir.

Yanğının söndürülməsinə üç yanğınsöndürən briqada, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Yanğının başvermə səbəbi hələ məlum deyil. 

Faktla bağlı istintaqa başlanılıb.