Tiflis gölündə 15 yaşlı yeniyetmə boğularaq həyatını itirib

Cəmiyyət Manshet

15 yaşlı yeniyetmə Tiflis dənizində boğulub, hadisə bir neçə dəqiqə əvvəl baş verib.

Nsa.ge İpn-ə istinadən xəbər verir ki, mövcud məlumatlara görə, 3 nəfər məktəbli dərsdən sonra Tiflis dənizinə üzməyə gediblərmiş.

InterPressNews-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı istintaq Gürcüstanın cinayət məcəlləsinin 115-ci maddəsi ilə başlayıb. Maddə intihar etməyi nəzərdə tutur.