Tiflisdə dinozavır təhlükəsizlik kamerasına düşdü – VİDEO

Cəmiyyət Manshet

Tiflisdə qeyri-adi hadisə baş verib.

Nsa.ge xəbər verir ki, paytaxt Tiflisdə bir şirkətin təhlükəsizlik kamerası tərəfindən gecə saatlarında qeyri-adi məxluq qeydə alınıb.

Belə ki, Canlı əvvəlcə yük maşınına yaxınlaşıb, daha sonra isə ətrafı müşahidə etdikdən sonra qaçaraq yoxa çıxıb.

Fərziyyəyə görə, görüntülərdəki məxluq 80 milyon il öncə nəsli kəsilmiş olan velosiraptor adlı dinozavr növüdür. 22 aprel tarixində qeydə alınan video internetdə çox sürətlə yayılıb.

Lakin sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Bəzi istifadəçilər bunun həqiqətən yırtıcı heyvan olduğunu desə də, bəziləri isə videorolikin montaj olduğunu bildirib.

NSA.GE