Tiflisdə havanın kirləməsinin səbəbi açıqlanıb

Cəmiyyət Manshet

“Tbilisidə hava kirlənməsinin əsas səbəbi avtonəqliyyat vasitələrindən çıxan tüstüdür”.

Nsa.ge 1tv.ge-yə istinadən məlumat verir ki, bu barədə Parlamentin Ətraf Mühitin qorunması və təbii resurslar komitəsi tərəfindən hazırlanan hesabatda deyilir.

Tbilisi meriyasının bəyanatına görə, 2019-cu ilin sonuna qədər ictimai nəqliyyat yeni, müasir vasitələrlə əvəz ediləcək. Ancaq köhnə, sarı avtobusların utilizasiya planının olub, olmadığı hələlik məlum deyil.

Ətraf Mühitin Qorunması məsələləri üzrə komitə dövlət audit xidməti tövsiyyə edir ki avtobusların və mikroavtobusların texniki yoxlanışdan keçmə qaydaları sərtləşdirilsin.

Belə ki, Komitə tərəfindən paytaxtda atmosfer havasının kirlənməsinin əsas mənbələri haqqında hazırladığı hesabat mayın 6-da büro iclasında təqdim ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir