Tiflisdə jurnalistika üzrə təhsil almaq istəyənlərin nəzərinə

Cəmiyyət Dünya Manshet

ABŞ Səfirliyi Gürcüstanın İctimai İşlər İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədlər arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu elan edib.

Səfirliyin mətbuat xidmətindən  News Space Agency-yə verilən məlumata görə, proqram üzrə dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır.

Məlumatda bildirilir ki, Azərbaycandan beş nəfər tələbə bu proqramda iştirak üçün seçiləcək.

Proqram dörd semestr ərzində, sentyabr 2019- may 2021 tədris ilində, Bakıda yerli universitetlərdən birində və Tbilisi şəhərində GİPA-da keçiriləcək.

Qeyd edək ki, sənədlərin qəbulu üçün son müraciət tarixi aprelin 25-də bitir.

Bu proqram ABŞ-ın dövlət departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir