Tiflisin mərkəzində günün günorta çağı bank soyğunu olub

Cəmiyyət Manshet

Tiflisin mərkəzində “Gürcüstan Bank”nın filialı qarət olub.

Nsa.ge xəbər verir ki, bu haqda Rustavi2 kanalı xəbər yayıb.

Hadisə bu gün, günortadan sonra Çitaya kücəsində meydana gəlib. Kanalın məlumatına görə, hücumda heç kim xəsarət almayıb.

Cinayətkar hadisə yerindən qaçmağı bacarıb.

Hadisənin digər təfərrüatları açıqlanmır.

Cinayət işi “soyğunçuluq” maddəsi ilə açılıb, bu, beş ildən yeddi ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.